Simsar.az | bizi özünüzə Simsar bilin
Erməni avtoritetinin başına tac qoya bilmədilər

“Qanuni oğru”ların Ermənistandakı toplantısı alınmadı

“Qanuni oğru”ların aprelin sonlarında Ermənistanda keçirməyi planlaşdırdıqları beynəlxalq yığıncaq baş tutmayıb. 

Simsar.az-ın “Aykakan jamanak” qəzetinə istinadən verdiyi məlumata görə, Ermənistan hüquq-mühafizə orqanları bu yığıncağın keçirilməsinə mane olub. 

Hüquq-mühafizə orqanları yığıncaq iştirakçılarını qanunsuz silah saxlamaq və narkotik vasitə ittihamı ilə həbs etməyə qərar verib. “Qanuni oğru”lar da bundan xəbər tutub, yığıncağı təxirə salıblar və yaxın vaxtlarda Ermənistana toplaşmaq niyyətində deyillər. Qəzet yazır ki, “qanuni oğru”ların yığıncaqlarını təxirə salmasında siyasi amil də rol oynayıb. Çünki Ermənistan müxalifəti hakimiyyəti kriminallaşmaqda ittiham edir. “Qanuni oğru”lar MDB ölkələrinin birində toplaşmağı planlaşdırırlar.

Qeyd edək ki, Ermənistanda keçirilən yığıncaqda Alik Banduryanın tacqoyma mərasiminin keçirilməsi nəzərdə tutulurdu. Ded Xasanın onun namizədliyini dəstəklədiyi bildirilirdi.

2 May, 2011  21:39 Baxılıb: 1740

Bu bölmədə