Simsar.az | bizi özünüzə Simsar bilin
Pul kütləsinin həcmi artıb

Aprelin 1 -ə qədər bu rəqəm 8 milyard 115,5 milyon olub

Aprel ayının 1-ə qədər olan müddətdə dövriyyədəki pul kütləsinin həcmi 8 milyard 115,5 milyon manat təşkil edib. 

Mərkəzi Bankın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,3% artıb.

Pul kütləsinin 5 milyard 427,1 milyon manatı nağd pul vəsaitlərinin, 1 milyard 181,4 milyon manatı tələb edilənədək vəsaitlərin, 1 milyard 507 milyon manatı isə müddətli depozitlərin payına düşüb.

2 May, 2011  20:53 Baxılıb: 1228

Bu bölmədə