Simsar.az | bizi özünüzə Simsar bilin
ADP vətəndaşları milli birliyə çağırdı

"Xalqın gücündən düzgün yararlanmaq lazımdır"

Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Simsar.az -a verilən məlumata görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən hadisələr və partiyanın cari fəaliyyətinə dair məsələlər müzakirə edilib.

İdarə Heyəti üzvləri ölkədə əsaslı siyasi islahatlar keçirmədən heç bir iqtisadi islahatın effekt verməyəcəyini hakimiyyət nümayəndələrinin diqqətinə bir daha çatdırıb.

28 apreli Azərbaycan istiqlalına qarşı siyasi qəsd və işğal günü kimi dəyərləndirən İH, hökuməti bu işğal faktından nəticə çıxarmağa, bir daha işğallara yol verilməməsi və istənilən xarici təhlükənin qarşısının alınması üçün xalqın gücündən düzgün yararlanmağa, bu təhlükələrə qarşı ən böyük sipər olan milli birliyin əldə edilməsi üçün lazımi addımlar atmağa çağırıb.

2 May, 2011  20:38 Baxılıb: 1114

Bu bölmədə