Simsar.az | bizi özünüzə Simsar bilin
ABŞ-ın Azərbaycandakı səfirliyində təhlükə

Metyu Brayza: "Bin Ladenin ölümü ilə bağlı səfirliyin  təhlükəsizliyi bir qədər gücləndirilib"

“Bin Ladenin zərərsizləşdirilməsi yalnız ABŞ üçün deyil, sülh və əmin-amanlıq istəyən bütün xalqlar üçün böyük qələbədir. Biz bu xəbərdən xeyli məmnunuq. Çünki Bin Laden dünyanın ən böyük dinlərindən biri olan İslam dinin adından sui-istifadə edir, dinlərarası təfriqənin qızışdırılması istiqamətində fəaliyyət göstərirdi”.

APA-nın xəbərinə görə, bunu İsmayıllıda səfərdə olan ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza jurnalistlərə açıqlamasında deyib.

M. Brayza APA-ya açıqlamasında Bin Ladenin ölümü ilə bağlı ABŞ-ın Azərbaycandakı səfirliyinin təhlükəsizliyinin bir qədər gücləndirildiyini bildirib: “Bu da ABŞ-ın dünyada olan bütün səfirliklərində olduğu kimidir. Mən və səfirliyin əməkdaşları burada özümüzü təhlükəsizlik baxımından yaxşı hiss edirik. Azərbaycanın müvafiq orqanları, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri səfirliyin mühafizəsi istiqamətində xeyli iş görüblər. Onların fəaliyyətindən məmnunuq”.

2 May, 2011  20:34 Baxılıb: 1089

Bu bölmədə