Simsar.az | bizi özünüzə Simsar bilin
Litva prezidenti Azərbaycanda Qarabağdan danışdı

“Cənubi Qafqazda münaqişələrin yalnız sülh yolu ilə həlli regionda uzunmüddətli sülh və sabitliyi təmin etməyə qadirdir”

“Yalnız konstruktiv danışıqlar yolu ilə əldə olunmuş münaqişənin sülh yolu ilə həlli regionda uzunmüddətli sülh və sabitliyi təmin etməyə qadirdir”.

APA-nın Litva prezidentinin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, prezident Dalya Qribauskayte regiona səfəri ərəfəsində Cənubi Qafqazda mövcud olan münaqişələri belə şərh edib.
Xatırladaq ki, Litva prezidentinin regiona səfəri Azərbaycandan başlayır. Dalya Qribauskayte Azərbaycandan sonra Ermənistana və Gürcüstana gedəcək. Litva prezidentinin turne çərçivəsində AzərbaycanŞ Ermənistan və Gürcüstan dövlət başçıları ilə görüşləri nəzərdə tutulur. Görüşlərdə ikitərəfli münasibətlər, iqtisadi, mədəni əməkdaşlıq, Avropa İttifaqı ilə əməkdaşlıq layihələri müzakirə olunacaq.
Qeyd edək ki, Litva bu il ATƏT-ə sədrlik edir.

2 May, 2011  20:14 Baxılıb: 1193

Bu bölmədə