Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycan mətbuat azadlığı reytinqində 171-cidir

"Azad olmayan ölkələr" arasından çıxa bilmirik

“Freedom House” təşkilatı son 10 ildə dünyada mətbuat azadlığı səviyyəsinin ən aşağı həddə düşdüyünü bildirib. 

Təşkilat öz yeni hesabatında deyir ki, indi dünyanın yalnız 6-da 1-i azad mətbuata sahibdir.

“Freedom House” vəziyyətin narahatlığa əsas verdiyi ölkələr arasında Azərbaycanın da adını çəkir.

Azərbaycanın adı mətbuat azadlığının vəziyyətinin ən pis olduğu ölkələr sırasına - "Azad olmayan ölkələr" arasına salınıb.

Freedom House 196 ölkədə mətbuat azadlığının vəziyyətini qiymətləndirib və Azərbaycan mətbuat azadlığı reytinqində 196 ölkə arasında 171-cidir.

Hesabatda deyilir ki, 1998-ci ildə Azərbaycanda senzura ləğv edilsə də, hökumət senzuranın müxtəlif formalarından istifadə etməkdə davam edir.

Təşkilat bu mənada "Gündəlik Azərbaycan" qəzetinin rəhbəri Eynulla Fətullayevin işini misal çəkir.

“Azərbaycanda dövlət və hakim partiya mətbuat sahəsində dominantlıq edir. Və bu ölkədə plüralizmə ziyan vurur.

"Freedom House" bildirir ki, Azərbaycan hökuməti ölkə qanunvericiliyinin tələbinə uyğun olaraq təsis edilməli Mətbuat Ombudsmanı institutunu hələ də yaratmayıb. 

Dövlət orqanları informasiya almaq üçün edilən müraciətlərə yenə də sistemli şəkildə cavab verməkdən imtina edirlər.

1941-ci ildə Amerikada yaradılan "Freedom house" dünyada demokratiyanın yayılmasına çalışan qeyri-hökumət təşkilatıdır.

2 May, 2011  19:47 Baxılıb: 1066

Bu bölmədə