Simsar.az | bizi özünüzə Simsar bilin
“Bu şəhərdə” -nin rəhbəri Müşfiq Abbasov infarkt şübhəsi ilə xəstəxanaya yerləşdirilib

Onun vəziyyəti normal qiymətləndirilir

Məşhur “Bu şəhərdə” yumoristik layihəsinin rəhbəri Müşfiq Abbasov infarkt şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Müayinələrdən sonra məlum olub ki, onun problemi ürəklə yox, öd kisəsi ilə bağlıdır. 
Müşfiq Abbasov Neftçilər xəstəxanasında əməliyyat olunub. Hazırda “Bu şəhərdə”nin rəhbəri palatadadır və vəziyyəti normal qiymətləndirilir.
Xatırladaq ki, ötən ilin noyabrında elə həmin xəstəxanada “Bu şəhərdə”nin aktoyoru Coşğun Rəhimovun qalxanabənzər vəzində bədxassəli şiş aşkarlanmışdı.

2 May, 2011  18:44 Baxılıb: 2330

Bu bölmədə