Simsar.az | bizi özünüzə Simsar bilin
Partiyaların maliyyələşməsilə bağlı prezidend göstəriş verib

Qanun layihəsini Prezident Administrasiyasının şöbə müdiri Şahin Əliyev hazırlayır 

Prezident İlham Əliyev siyasi patiyaların dövlət büdcəsindən maliyyələşməsi barədə Prezident Administrasiyasının qanunvericilik və hüquqi ekspertiza şöbəsinin müdiri Şahin Əliyevə göstəriş verib. 
Bu barədə millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev Simsar.az-a açıqlamasında bildirib. 
Onun sözlərinə görə, parlamentdə təmsil olunan bir qrup partiya sədri siyasi partiyaların büdcədən maliyyələşdirilməsi ilə bağlı ötən ay prezidentə müraciət edib: “Prezident Adminstrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov müraciətlə bağlı prezidentə müraciət edib. Bu günlərdə Əli Həsənov millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafaya zəng edərək bildirib ki, prezident məsələ ilə bağlı qanun layihəsinin hazırlanması üçün Şahin Əliyevə göstəriş verib”.
Bir müddət öncə millət vəkilləri – Ümid Partiyasının sədri İqbal Ağazadə, Vətəndaş Həmrəyliyi Patiyasının sədri Sabir Rüstəmxanlı, Ədalət Partiyasının sədri İlyas İsmayılov, BQP sədri Fazil Qəzənfəroğlu və BAXCP sədri Qüdrət Həsənquliyev siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsilə bağlı prezidentə müraciət edib.

RAMİL

2 May, 2011  18:04 Baxılıb: 1610

Bu bölmədə