Ən çox şikayət olunanlar "Connect", "Superonline" və "UniNet"dir
Bakı Telefon Rabitəsi İstehsalat Birliyində (BTRİB) özəl provayderlər və aidiyyəti qurumların iştirakı ilə internetin inkişafına həsr olunmuş iclas keçirilib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Simsar.az-a verilən məlumata görə, birliyin baş direktoru Beytulla Hüseynov nazir Əli Abbasovun telekommunikasiya operatorları “Aztelekom” və BTRİB-in ünvanına səsləndirdiyi tənqidi fikirlərə diqqət çəkərək, iclasın bu zərurətdən təşkil olunduğunu vurğulayıb. BTRİB-in baş direktoru provayderlərin üzləşdiyi problemlərlə bağlı hər kəsi açıq şəkildə danışmağa, internetin inkişafına yönələn təkliflər səsləndirməyə dəvət edib. Köhnə problemlərin 80%-nin artıq həllini tapdığını deyən Azərbaycan İnternet Cəmiyyətinin (AİC) sədri Qalib Qurbanov hazırda gündəmdə daha çox internetin keyfiyyətinin yaxşılaşdırılması məsələsinin dayandığını bildirib. Özəl provayderlərlə bağlı iradlarını da bildirən AİC sədri xüsusən “Connect”, “Superonline”, “UniNet” rəhbərliyinin abunəçilərlə ünsiyyətdən qaçdığını və bununla bağlı çoxsaylı şikayətlərin daxil olduğunu qeyd edib. Azərbaycan İnternet Forumunun (AİF) prezidenti, “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz optik infrastrukturun inkişafına ciddi ehtiyac yarandığını vurğulayıb. Genişzolaqlı internet infrastrukturunun inkişafı üçün isə müəyyən edilmiş tariflərə yenidən baxılmasını vacib sayan AİF prezidenti özəl və dövlət provayderlərinin “start” vəziyyətlərinin bərabərləşdirilməsi istiqamətində addımların atılması məsələsini diqqətə çatdırıb.
17 Fevral, 2015 19:32 ⁄ Baxılıb: 2126
Bu bölmədə7 Avqust, 2019 Yaponiyada sərnişin dronu sınaqdan keçirildi26 Oktyabr, 2016 “Windows” Azərbaycan istifadəçilərinin problemini həll etdi3 Mart, 2015 Apple Micrasoftu üstələdi - FOTO26 Fevral, 2015 1 Gb sürətli kanal yaradılır - Azərbaycanda |