Simsar.az | bizi özünüzə Simsar bilin
Dünyadakı qlobal dəyişiklik müzakirə olunacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri İsveçrəyə gedir

Ekologiya Nazirliyindən Simsar.az saytına verilən xəbərə görə, mayın 3-ü və 4-də keçiriləcək Qlobal Ekologiya Fondunun (QEF) tədbirində azərbaycanlı mütəxəssislərdən başqa İsveçrə, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan Respublikalarının nümayəndələrindən ibarət işçi qrupları da iştirak edəcək.

Keçiriləcək görüşdə Azərbaycan tərəfindən Dövlət Ekspertiza İdarəsinin baş məsləhətçisi Oqtay Cəfərov ilə birlikdə Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin sədri Telman Zeynalov da iştirak edəcək.

Günel



2 May, 2011  16:16 Baxılıb: 1427

Bu bölmədə