Simsar.az | bizi özünüzə Simsar bilin
Türkiyədə Heydər Əliyev adına lisey açıldı

Mərasimində  Ərdoğan iştirak edib

Türkiyənin İğdır şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan liseyin rəsmi açılışı olub.

Simsar.az -ın məlumatına görə, mərasimində baş nazir Rəcəb Tayyib Ərdoğan iştirak edib.

Mərasimdə Türkiyənin Baş naziri deyib ki, bu mərasimdə iştirak mənim üçün çox önəmlidir.

"Təkcə dost, qardaş Azərbaycanın deyil bizim də fəxrimiz, "biz bir millət iki dövlətik" kəlamının müəllifi Heydər Əliyevin adanı daşıyan bu liseyin fəaliyyətindən məmnunuq" Ərdoğan deyib.

Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırov Heydər Əliyevin adını daşıyan müasir təhsil kompleksinin açılışında iştirak etməkdən böyük qürur hissi keçirdiyini bildirib.

Sonra rəmzi açılışı bildirən qırmızı lent kəsilib, Baş nazir, səfir və digər qonaqlar liseylə tanış olublar.

Bildirilib ki, liseydə hazırda 234 şagird təhsil alır. Şagirdlər təhsil müəssisəsinə imtahan verərək yüksək balla qəbul edilirlər. 16 sinif otağı olan liseydə müasir standartlara cavab verən kimya, biologiya və fizika laboratoriyaları, idman zalı, qızlar yataqxanası fəaliyyət göstərir. Burada zəngin kitabxana da var. Bir sözlə təhsil üçün hər cür şəraitə malik olan Heydər Əliyev liseyi Türkiyənin ən nüfuzlu tədris komplekslərindən biri hesab edilir.

Daha sonra Baş nazir və onunla birlikdə açılış mərasimdə iştirak edən qızı liseyin şagirdləri ilə birlikdə şəkil çəkdiriblər.

Heydər Əliyev liseyini açılışı əhalisinin böyük əksəriyyətinin azərbaycanlıların təşkil etdiyi İğdır, eləcə də bölgənin təhsil ictimaiyyəti üçün əsil bayrama çevrilib.

2 May, 2011  15:49 Baxılıb: 1739

Bu bölmədə