Simsar.az | bizi özünüzə Simsar bilin
NATO Qəddafinin atəşkəs təklifinə rədd cavabı verib

Bu barədə adının gizli saxlanmasını istəyən NATO təmsilçisi məlumat verib

NATO Liviya lideri Müəmmər Qəddafinin atəşkəs barədə verdiyi təklifə rədd cavabı verib.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə adının gizli saxlanmasını istəyən NATO təmsilçisi məlumat verib. NATO nümayəndəsi deyib ki, atəşkəs təklifindən əvvəl dinc sakinlərə qarşı açılan atəşlər dayandırılmalıdır: “NATO sözü deyil, görülən işi görmək istəyir”.
Təmsilçi Liviya liderinin tabeliyində olan qüvvələrin Qəddafinin atəşkəs barədə təklifindən bir qədər əvvəl Misrata limanına top atəşləri yağdırdığını, çoxlu sayda insanın öldürüldüyünü deyib: “Bütün bunlara son qoyulmalıdır”.

Qeyd edək ki, Liviya lideri bu gün televiziya kanalı vasitəsi ilə “Sülhə açılan qapı açıqdır” deyib və NATO qüvvələrini atəşkəslə bağlı müzakirələrə çağırıb.

30 Aprel, 2011  22:52 Baxılıb: 1157

Bu bölmədə