Simsar.az | bizi özünüzə Simsar bilin
Müxalifətçi gənclər aksiya keçirdi

ADNA-da baş verən kütləvi qətildən iki il keçdi

Bu gün bir qrup gənc Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş vermiş kütləvi qətlin ikinci ildönümü ilə bağlı tədbir keçirib. 

APA-nın məlumatına görə, AXCP, Müsavat, ADP Gənclər Təşkilatlarının, 10 Dekabr”, “Azad Gənclik” və “Nida” təşkilatından olan gənclər Cəfər Cabbarlının heykəlinin qarşısından ADNA-nın faciə baş verən ikinci korpusunadək yürüş edib. Daha sonra aksiya iştirakçıları ADNA-nın ikinci korpusunun qarşısına gül düzüb, şamlar yandırıblar.

AXCP Gənclər Təşkilatının rəhbəri Əbülfəz Qurbanlı jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan gəncliyinin bir daha belə faciə yaşamasını istəmirlər: “İki il əvvəl baş verən hadisə hər kəsi sarsıtdı. Biz bir daha belə hadisənin təkrarlanmamasını arzu edirik”.

30 Aprel, 2011  20:22 Baxılıb: 1197

Bu bölmədə