Simsar.az | bizi özünüzə Simsar bilin
Ziyafət Əsgərov və nümayəndə heyəti Belçikaya gedir

Deputatlar “Avronest” Parlament Assambleyasının təsis yığıncağında iştirak edəcək

Azərbaycan Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun başçılığı ilə parlament nümayəndə heyəti “Avronest” Parlament Assambleyasının təsis yığıncağında iştirak etmək üçün mayın 2-dən 3-dək Belçikada səfərdə olacaq.

Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Nümayəndə heyətinin tərkibinə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlardan Gülçöhrə Məmmədova, Elxan Süleymanov, Fuad Muradov və Asim Mollazadə daxildirlər.

Brüsseldə keçiriləcək toplantıya Avropa Parlamentinin prezidenti Yerji Buzek, Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna və Moldovanın parlament nümayəndə heyətləri qatılacaq.

İclasda “Avronest” PA-nın komitə və qurumları, struktur bölmələri yaradılacaq, təşkilatın gələcək fəaliyyət mexanizmləri müzakirə ediləcək.

30 Aprel, 2011  20:05 Baxılıb: 1134

Bu bölmədə