Simsar.az | bizi özünüzə Simsar bilin
Nyu-Yorkda ermənilərə qarşı türk aksiyası

“İnsanlığa qarşı zülmə son!”

ABŞ-dakı türk və Azərbaycan diasporunun minlərlə üzvü aprelin 30-da Nyu-Yorkun “Taymz” meydanına toplaşaraq, “Erməni yalanlarına son!” tələbi ilə aksiya keçirməyi planlaşdırır.

APA-nın Vaşinqton müxbirinin məlumatına görə, hər ilə ənənəvi keçirilən bu aksiya yeddinci olacaq.

Gənc Türklər Təşkilatı tərəfindən təşkil olunan nümayiş Nyu-York vaxtı ilə saat 13.00-də başlayacaq.

Aksiyanın əsas məqsədi Amerikada yaşayan türkləri və azərbaycanlıları anti-erməni fəaliyyəti, birgə ideyalar ətrafında birləşdirməkdir.

Etiraz aksiyasında “Erməni yalanlarına inanmayın!”, “İnsanlığa qarşı zülmə son!” kimi şüarlar səsləndiriləcək.

Ötən ildəkindən fərqli olaraq aksiyaya Nyu-Yorkda yaşayan azərbaycanlılar və türklərlə yanaşı, onların Vaşinqton, Pensilvaniya, Boston, Nyu-Cersi və Konnektikutdan olan tərəfdarları da qatılacaq.

Təşkilatçılar hesab edirlər ki, onların aksiyaları erməniləri təşvişə salacaq, türkləri isə daha da gücləndirəcək.

30 Aprel, 2011  16:46 Baxılıb: 1244

Bu bölmədə