Simsar.az | bizi özünüzə Simsar bilin
İlham Əliyev Sabunçu rayonuna 2 milyon manat ayırıb

Rayonda yeni poliklinikanın tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti Sabunçu rayonunda yeni poliklinikanın tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərəncam əsasında Sabunçu qəsəbəsində yeni poliklinikanın tikintisi və onun lazımi avadanlıqla təchizatı üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sabunçu rayonu İcra Hakimiyyətinə iki milyon manat vəsait ayrılıb.

30 Aprel, 2011  02:02 Baxılıb: 1166

Bu bölmədə