Simsar.az | bizi özünüzə Simsar bilin
Prezident Niderland Kraliçasına təbrik məktubu göndərib

İlham Əliyev Ülyahəzrət Beatriksə Niderland Krallığının milli bayramı Kraliça günü münasibətilə təbrik edib

Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, prezident Niderland Krallığının milli bayramı Kraliça günü münasibətilə Ülyahəzrət Beatriksi təbrik edib: “Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Niderland münasibətlərinin, dostluq və əməkdaşlıq əlaqələrimizin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək. Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Niderland xalqına sülh və rifah diləyirəm”.

30 Aprel, 2011  00:47 Baxılıb: 1149

Bu bölmədə