Simsar.az | bizi özünüzə Simsar bilin
Rusiya Ermənistana satdığı qazın qiymətini artırır

Bu günlərdə Rusiyanın Ermənistana qaz ixracı ilə bağlı yeni razılaşma imzalanacaq

Simsar.az -ın tert.am saytına istinadən verdiyi məlumata görə, bunu «Qazprom» şirkətinin mətbuat xidmətindən bildiriblər. Şirkət rəsmisi deyib ki, tərəflər demək olar ki, danışıqları başa vurub və yeni müqavilədə qazın yeni qiyməti göstəriləcək. Qeyd edək ki, hazırda Ermənistan Rusiyadan təbii qazı min kubmetrini 180 dollara alır. Danışıqlara yaxın mənbə bildirib ki, yeni razılaşmada «mavi yanacağ»ın daha yüksək qiymətlə satışı nəzərdə tutulub.

30 Aprel, 2011  00:30 Baxılıb: 1313

Bu bölmədə