Simsar.az | bizi özünüzə Simsar bilin
Prezidentlər görüşdü

Qarşlıqlı əlaqələr üçün yaxşı potensial yaranıb

Aprelin 28-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin təkbətək görüşü olub. 

Simsar.az-ın AzərTAc-a istinadən məlumatına görə, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. 

Dövlət başçıları yüksək səviyyədə qarşılıqlı səfərlərin əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd ediblər.

Prezidentlər ölkələrimiz arasında siyasi, iqtisadi, energetika, humanitar və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu bildirdilər, əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.

Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılıb.

28 Aprel, 2011  20:45 Baxılıb: 1242

Bu bölmədə