Simsar.az | bizi özünüzə Simsar bilin
İSLAHAT DALĞASI ORDUNU DA VURDU

İki zabit rüşvət alarkən tutuldu

Azərbaycan Müdafiə Nazirliyinin Şəmkir Hərbi Birləşməsinin iki zabiti həbs edilib. Bu barədə Simsar.az -a Bakı Hərbi Məhkəməsindən bildirilib.

Məlumata görə, Milli Ordunun zabitləri Azər Xalıqov və Azər Hüseynov Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma – qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinirlər. Onların barəsində ötən gün Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Şəmkir Hərbi Birləşməsinin şəxsi heyətin uçotu üzrə məsul zabiti, polkovnik-leytenant Azər Xəlil oğlu Hüseynov bu il martın 14-də ülgüclə boğazını kəsərək intihara cəhd edib.

28 Aprel, 2011  17:11 Baxılıb: 1265

Bu bölmədə