Simsar.az | bizi özünüzə Simsar bilin
Xanhüseyn Kazımlı da danışdı

“Küçələrə çıxıb ölkədəki sabitliyi pozmağa çalışan qüvvələri xarici dairələrin diqtəsinə getməməyə çağırıram”

Azərbaycan Sosial Rifah Partiyasının sədri, millət vəkili Xanhüseyn Kazımlı müxalifətin ünvanına sərt fikirlər səsləndirib. 

Partiya sədri milli.az-a müsahibəsində İctimai Palatanın sabitliyi pozmaq məqsədilə adamları küçələrə çıxardığını deyib: “Bura Azərbaycandır və ölkə ziyalıları, mütərəqqi qüvvələr bu kimi pozuculuq hallara qarşıdır. Kimlərsə meydana çıxıb öz çəkisini göstərir ki, bu da düzgün deyil. Azərbaycanı hansısa ərəb ölkəsi ilə müqayisə etmək düzgün deyil”.

Deputat tənqid etdiyi qüvvələrə çağırış da edib: “Bu gün küçələrə çıxıb ölkədəki sabitliyi pozmağa çalışan qüvvələri xarici dairələrin diqtəsinə getməməyə çağırıram. Heç kim öz uğurlarını, faydalarını gətirib bizə vermir. Ancaq bəzi qüvvələr istəyir ki, hansısa bir çaxnaşma və qarşıdurmanı ölkəmizə gətirsin”.

Anar

28 Aprel, 2011  16:05 Baxılıb: 1391

Bu bölmədə