Simsar.az | bizi özünüzə Simsar bilin
Həmsədrlərin söhbəti məxvi saxlanılır

Onlar ABŞ dövlət katibinin müavini ilə görüşdü

ATƏT Minsk Qrupunun həmsədrləri Vaşinqtonda ABŞ rəsmiləri ilə görüş keçiriblər.

APA-nın Vaşinqton müxbirinin verdiyi məlumata görə, həmsədrlər Bernar Fasye (Fransa), İqor Popov (Rusiya) və Robert Bradtke (ABŞ), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik aprelin 27-də ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Uilyam Börnslə görüşüblər.

Görüşdə müzakirə olunan məsələlərin təfərrüatları açıqlanmayıb. Həmsədrlər görüşün məhsuldar və ümidverici olduğunu bildiriblər.

28 Aprel, 2011  14:53 Baxılıb: 1321

Bu bölmədə