Simsar.az | bizi özünüzə Simsar bilin
Prezident İranlı nümayəndəni qəbul etdi

Xəzərin statusu barədə danışılıb

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bu gün İran İslam Respublikası prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Məhəmməd Mehdi Axundzadəni qəbul etmişdir.

Simsar.az prezidentin rəsmi saytına istinadən bildirir ki, görüşdə Azərbaycan ilə İran İslam Respublikası arasında ikitərəfli münasibətlər, Xəzər dənizinin hüquqi statusunun hazırlanması istiqamətində aparılan danışıqların vəziyyəti müzakirə edilmiş, bu baxımdan Xəzəryanı ölkələrin dövlət başçılarının Bakı sammitinin önəmi vurğulanmışdır

27 Aprel, 2011  03:41 Baxılıb: 1092

Bu bölmədə