Simsar.az | bizi özünüzə Simsar bilin
ABŞ vətəndaşlarına çağırış etdi

Suriyadan çıxın

İngiltərədən sonra ABŞ da Suriyadakı vətəndaşlarını dərhal bu ölkəni tərk etməyə çağırıb. 

Simsar.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, Dövlət Departamenti ABŞ-ın Dəməşqdəki səfirliyində vacib vəzifəsi olmayan diplomatlara və onların ailələrinə Suriyanı tərk etmək əmri verib. 
İngiltərədən sonra ABŞ-ın da vətəndaşlarını Suriyadan çıxmağa çağırması Qərbin bu ölkədə hərbi əməliyyatlar keçirməyə hazırlaşması kimi də dəyərləndirilir.

26 Aprel, 2011  21:38 Baxılıb: 1129

Bu bölmədə