Simsar.az | bizi özünüzə Simsar bilin
Polislər və prokuror Müsavat qərargahında

Rəhbərlik axtarış olmasın deyə, bütün sənədləri təqdim edib 

Bu gün günorta saatlarında Baki Şəhər Baş Polis İdarəsinin əməkdaşları Müsavat Partiyasının qərargahına gəlib. Musavat.com xəbər verir ki, axtarışa Bakı şəhər prokurorluğundan
Cavid Abbasov rəhbərlik edib. Axtarışın İctimai Palatanın aprelin 2-də keçirdiyi mitinqlə bağlı başlanılan cinayət işilə əlaqəli olduğu bildirilib.

Əməliyyatçılar Müsavat rəhbərliyindən İctimai Palataya aid sənədləri tələb edib. Müsavat başqanı İsa Qəmbər deyib ki, əməliyyatçılara nə lazımdırsa, verilsin, axtarışa ehtiyac yoxdur.

26 Aprel, 2011  21:34 Baxılıb: 1277

Bu bölmədə