Simsar.az | bizi özünüzə Simsar bilin
İyirmi yeddinci dəfədir Xəzər status ala bilmir

İyirmi səkkizinci müzakirəyə stat verildi

Bu gün Bakıda Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsinə dair Konvensiyanın müzakirə edilməsi məqsədilə xüsusi işçi qrupun 28-ci iclası başlayıb.

APA-nın məlumatına görə, iclasda Xəzəryanı ölkələr xarici işlər nazirləri müavin və xüsusi nümayəndələr səviyyəsində təmsil olunurlar. Tədbirin açılışında çıxış edən Azərbaycan xarici İşlər nazirinin müavini Xələf Xələfov iclasda Xəzərin hüququ statusu haqqında Konvensiyanın işlənib hazırlanmasının, dövlət başçılarının Bakı sammitinin qəbul etdiyi protokol qərarının icrasının müzakirə olunacağını bildirib.

İclas iki gün davam edəcək, müzakirələrin yekunu ilə bağlı mətbuat konfransı keçiriləcək.

26 Aprel, 2011  16:52 Baxılıb: 1094

Bu bölmədə