Simsar.az | bizi özünüzə Simsar bilin
Füzuli Ələkbərov: "İşçilərin hüquqları sıfır həddindədir"

Şura yaradılacaq

“Bu gün təhlükəsiz əmək şəraitinin yaradılması yolunda ən ciddi problem qeyri-formal məşğulluqdur. Qeyri-formal məşğulluq ona gətirib çıxarıb ki, bəzən nəinki əmək hüquqları pozulur, hətta bu hüquqlar sıfır həddində olur”.

Bu sözləri jurnalistlərə açıqlamasında Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov deyib.

SalamNews-un məlumatına görə, nazir bu sahədə müvafiq addımlar atılacağını söyləyib: “Təklif edəcəyik ki, yeni bir şura yaradılsın. Bu şurada bizim sosial tərəfdaşlar və aparıcı işəgötürən təşkilatlar təmsil oluncaq. Birgə fəaliyyət planı hazırlayıb, problemin həllinə çalışacağıq".

26 Aprel, 2011  16:25 Baxılıb: 1730

Bu bölmədə