Simsar.az | bizi özünüzə Simsar bilin
Qəddafinin sarayı yerlə yeksan oldu

Diktatorun sağ olduğu bildirilir

Liviya diktatoru Muammər Qəddafiyə bağlı qüvvələr, Qərbdəki müxaliflərin əlindəki Misratayı nəzarətə altına almaq üçün hücumlara davam etdirərkən,  NATO təyyarələri dünən səhərə yaxın Qəddafinin Trablustakı Bab əl-Əziziyə Sarayını bombalayıb. 

İdarə olunan bombalarla təşkile dilən hücumda binanın kitabxanası, Qəddafinin xarici qonaqlar üçün ayırdığı qəbul salonu darmadağın iolub. Türkiyənin “Hüriyyət” qəzeti yazır ki, hücumda 45 nəfər yaralanıb, onlardan 15-nin vəziyyəti ağırdı.

Hakimiyyətə yaxın mənbələr Qəddafinin sağ olduğunu bildirir.

Simsar.az

26 Aprel, 2011  14:59 Baxılıb: 1145

Bu bölmədə