Simsar.az | bizi özünüzə Simsar bilin
Hərbi təlimlər nazirlə səfir arasında müzakirə edildi

Nəticə barədə məlumat yoxdu

Azərbaycanın müdafiə naziri ABŞ səfiri ilə "Regional cavab - 2011" hərbi təliminin vaxtını müzakirə edib.

Simsar.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, aprelin 25-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Metyu Brayzanı qəbul edib.

Görüşdə ABŞ-Azərbaycan ikitərəfli hərbi əməkdaşlıq məsələlərinin gedişatı və inkişaf perspektivləri müzakirə edilib, eyni zamanda, təxirə salınmış "Regional cavab - 2011" birgə hərbi təliminin keçiriləcəyi vaxt barədə də danışılıb. Bundan başqa, enerji infrastrukturunun təhlükəsizliyi haqqında da fikir mübadiləsi aparılıb.

Görüşdə ABŞ-ın Azərbaycandakı hərbi attaşesi polkovnik Melvin Duqlas Saks da iştirak edib.

26 Aprel, 2011  02:51 Baxılıb: 1075

Bu bölmədə