Simsar.az | bizi özünüzə Simsar bilin
KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu narahatlıq ifadə etdi

"Media məkanında ədəbi dilin qorunması üçün müsabiqəyə 30 min manat pul ayrıldı"

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu “Azərbaycan media məkanında ədəbi dilin qorunması” mövzusunda layihə müsabiqəsi elan edib. Fonddan APA-ya verilən məlumata görə, müsabiqə mediada ədəbi dilin xüsusiyyətlərinin qorunması, bu sahədəki problemlərin üzə çıxarılması məqsədilə elan edilib. İki istiqamətdə həyata keçiriləcək müsabiqənin fondu 30 000 manat təşkil edəcək. Azərbaycanın teleradio məkanında və mətbuat məkanında ədəbi dilin qorunması üçün təklif edilən layihələrin hər birinə 15 min manat pul ayrılacaq. Layihə müsabiqəsində dövlət qeydiyyatından keçmiş, söz və məlumat azadlığı, KİV-in inkişaf etdirilməsi, jurnalist fəaliyyətinin təkmilləşdirilməsi sahəsində azı bir illik təcrübəsi olan, layihələr icra etmiş jurnalist təşkilatları iştirak edə bilərlər. Müsabiqəyə sənədlər mayın 5-dək qəbul ediləcək.

25 Aprel, 2011  23:06 Baxılıb: 1177

Bu bölmədə