Simsar.az | bizi özünüzə Simsar bilin
İctimai Palata qeyri müəyyən durumda

Müxalifət mitinqin vaxtını dəqiqləşdirə bilmir

AXCP sədrinin müavini: “Bu tarix mayın ortaları da ola bilər, sonu da ola bilər”

“Heç bir halda cəmiyyətə çağırış etməmişik ki, vətəndaş itaətsizliyi göstərərək, meydanlara çıxın. Biz, insanları itaətsizliyə çağırmaq istəmirik. Hələ ki, istəyirik, hər şey konstitusiya çərçivəsində öz həllini tapsın”.

Bunu lent.az-a açıqlamasında AXCP sədrinin müavini Razi Nurullayev deyib. Müxalifət funksionerinin sözlərinə görə, BŞİH müxalifətin növbəti aksiyalarına da tələb olunan yeri verməsə, istənilən halda, onlar qərarlaşdıracaqları yerdə dinc aksiyaya çıxacaqlar. “Bu yer, böyük ehtimalla, yenə Fəvvarələr Meydanı olacaq. Bundan əlavə, Koordinasiya şurası hazırda müxtəlif formada mitinq taktikalarından istifadə ilə bağlı plan hazırlayır və Azərbaycanın reallıqlarına uyğun lokal xarakterli aksiyaların keçirilməsi üzərində işlənilir. İstənilən halda, biz mitinq taktikasından vaz keçmək niyyətində deyilik”. 

Növbəti aksiyanın nə vaxt baş tutacağı ilə bağlı isə R.Nurullayev deyir ki, AXCP Rəyasət Heyətində mitinqlərlə bağlı müzakirələr olur və ancaq hazırda AXCP İctimai Palatanın üzvü olduğu üçün bütün bunlarla bağlı İP-in Koordinasiya Şurası qərar verir. “Yəqin ki, aprelin 29-da keçirilməsi nəzərdə tutulan İP-in Koordinasiya Şurasının növbəti toplantısında AXCP mitinqlərin davam etdirilməsi ilə bağlı təşəbbüs göstərəcək. Bu tarix may ayının ortaları da ola bilər, sonu da ola bilər. Buna artıq İP-in Koordinasiya Şurasının üzvləri qərar verəcək”.

25 Aprel, 2011  22:12 Baxılıb: 1225

Bu bölmədə