Simsar.az | bizi özünüzə Simsar bilin
Deputat “İnsanlıq abidəsi” - dən danışdı

“Bu addımın atılması ciddi arqumentlərə əsaslanır”

«Qarsdakı türk-erməni dostluğuna aid heykəlin sökülməsi Türkiyənin daxili məsələsidir». Bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, Türkiyənin Baş nazirinin məlum bəyanatından sonra bu addımın atılması ciddi arqumentlərə əsaslanır. Onun sözlərinə görə, ermənilər tarix boyu türklərə qarşı məkrli olublar.

Dostluq qrupunun rəhbəri qeyd edib ki, son illər Ermənistanın Türkiyə ilə münasibətləri bərpa etmək üçün etdiyi cəhdlər də səmimi deyil. «Ermənilərin məqsədi Türkiyənin beynəlxalq nüfuzuna təsir etməkdir. Amma bu cəhdlər alınmayacaq. Hamı Ermənistanın işğalçı dövlət olduğunu bilir. Bu dövlət Azərbaycan və Türkiyə ilə normal münasibət qurmaq istəyirsə, işğalçılıqdan əl çəkməlidir»- deyə N.Cəfərov vurğulayıb.

Simsar.az

25 Aprel, 2011  16:45 Baxılıb: 1122

Bu bölmədə