Simsar.az | bizi özünüzə Simsar bilin
Dayəyə ildə 150 min dollar maaş

Bred Pit və anjelina Coli dayə axtarışındadır

Məhşur aktyor Bred Pit və aktrisa Anjelina Coli yeni dayə axtarışındadılar. 

İngiltərə mətbuatının yazdığına görə, 6 uşaqdan birinin baxıcısı çatışmır. Çünki, hər uşağın öz dayəsi var. Amma bu işə qəbul olunmaq o qədər də asan deyil.

İşə qəbul olmaq üçün müraciət edənlərin təhsil və ya uşaq inkişafı yönümündə ali təhsili olmalıdır. Həm də dayəsi olacağı uşağın ana dilini bilməlidir. Bu dildən başqa iki xarici dildə səlis danışmalıdır.

Valideynlərin aktyor olması ilə əlaqədar, cütlüyün Kaliforniya, Nyu Orleans və Fransadakı evləri arasında tez-tez baş tutacaq uçuşlar qəbul etməlidir. Güvəniləcək biri olmalı və ailənin daxili qanunlarına hörmətlə yanaşmalıdır. Əmək haqqı isə ildə 150 min dollar alacaq.

Günel

23 Aprel, 2011  19:17 Baxılıb: 1302

Bu bölmədə