Simsar.az | bizi özünüzə Simsar bilin
“Gənclər nəyə baxır, nəyi dinləyir, nəyi axtarır?”

Strateji Araşdırmalar Mərkəzində gənclərin müzakirəsi başlayıb

Azərbaycan Gənclərinin VI Forumu ərəfəsində gənclərin iştirakı ilə ilk debat Strateji Araşdırmalar Mərkəzində (SAM) keçirilir. 
Debatda gəncləri maraqlandıran, onların və ölkənin gələcəyi üçün vacib hesab edilən 8 aktual mövzu ətrafında aparılır. Debatlarda peşəkarlıq və şəxsi inkişaf, tələbələr və innovativ potensial, yeni nəsil və din, gənclərin ölkənin elmi inkişafında iştirakı, onların ictimai fəallığı, regionlarda yaşayan gənclər və bu kimi məsələlər ətrafında müzakirələr aparılır.

Müzakirələr Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində(SAM) ayda 2 dəfə olmaqla keçiriləcək. Debatlarda moderator, əsas məruzəçilər, ekspertlər və iştirakçılar seçilmiş məsələlərlə bağlı müxtəlif yanaşma və fikirləri müzakirə edəcəklər. Debatların keçirilməsində əsas məqsəd – gəncləri maraqlandıran və onların gələcəyinə təsir göstərən məsələlərin həllində fəal iştirakın təmini, nəzəri biliklərinin artırılması üçün şəraitin yaradılması, diskussiya bacarığı və mədəniyyətini inkişaf etdirməkdir. Debatlar Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın hazırlığında gənclərin real iştirakının artırması məqsədinə cavab verir və müzakirə ediləcək məsələlər Dövlət Proqramının layihəsində əks edilmiş prioritet istiqamətlər əsasında aparılacaq.
 
 
Tədbirin təşkilatçıları Gənclər və idman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqıdır.

23 Aprel, 2011  18:23 Baxılıb: 1189

Bu bölmədə