Simsar.az | bizi özünüzə Simsar bilin
Terri Consuna etiraz olaraq ABŞ-da Quran nüsxələri pulsuz paylanılır

Quranın 50-yə yaxın nüsxəsi çap edilib

Amerikanın Yuta ştatında olan bir presviterian kilsəsində müsəlmanların müqəddəs kitabı Qurani-Kərimin pulsuz paylanması aksiyası keçirilir. Simsar.az bu barədə “Associated Press”ə istinadən xəbər verir.

Kilsənin pastoru Skot Dalqarnonun sözlərinə görə, bu gün o Quranın 50-yə yaxın nüsxəsini arzu edən şəxslərə paylayacaq: “Biz İslamı təbliğ etmirik. Aksiya Terri Consun təxribat xarakterli hərəkətlərinə etiraz əlaməti olaraq keçirilir”.

Terri Cons martın 20-də Floridadakı kilsələrdən birində 50 nəfərin iştirakı ilə Quranı yandırmaqla bütün dünyanın qınaq hədəfinə dönüb. Onun bu hərəkətləri Əfqanıstanda iğtişaşlara səbəb olub, nəticədə yüzdən çox insan həlak olub. Aprelin 1-ində bu Quranın təhqir edilməsinə etiraz edən şəxslər BMT-nin Məzari-Şərifdəki ofisinə hücum edib.

23 Aprel, 2011  18:16 Baxılıb: 1165

Bu bölmədə