Simsar.az | bizi özünüzə Simsar bilin
Sabiq millət vəkilini qətlə yetirdilər

Restoranda üzləşdiyi silahlı hücum nəticəsində həyatını itirib

Türkiyənin Ana Vətən Partiyasının Bursa şəhəri üzrə sabiq millət vəkili Mehmet Gedik Mudanya qəsəbəsindəki bir restoranda üzləşdiyi silahlı hücum nəticəsində həyatını itirib. 

Simsar.az-ın “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, Gedikin aprelin 22-də keçirilmiş “Eskişehirspor” – “Trabzonspor” matçından sonra başlayan mübahisə nəticəsində öldürüldüyü bildirilir. 

Sabiq millət vəkili yoldaşları ilə birgə restoranda oyunu izləyib. “Trabzonspor”a azarkeşlik edən Gedik 0:0 hesabı ilə nəticələnən görüşdən sonra əsəbindən söyüş söyüb. Yaxınlıqdakı masada olan şəxs isə “Yanımda qadın var. Bir az diqqətli ol” deyə ona xəbərdarlıq edib. Bu isə iki şəxs arasında münaqişəyə səbəb olub. Qadınla olan şəxs üstündə gəzdirdiyi tapança ilə Gediki güllələyib. Olay yerinə gələn polislər sabiq millət vəkilinin başına və boynuna 4 güllə dəydiyini aşkarlayıblar. Qatil həbs olunub.

Qeyd edək ki, Mehmet Gedik 1987 – 1995-ci illərdə millət vəkili olub. 58 yaşlı Gedikin 2 övladı var.

23 Aprel, 2011  16:50 Baxılıb: 1204

Bu bölmədə