Simsar.az | bizi özünüzə Simsar bilin
Moskvada Dağlıq Qarabağ münaqişəsi müzakirə edildi

Nəticələr barədə məlumat verilmir

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan cümə günü Moskvada işgüzar görüş keçiriblər. Görüş zamanı Dağlıq Qarabağ münaqişəsini həll yolları müzakirə edilib, RF-nin XİN rəsmi saytı məlumatı yayıb.

Martın 5-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqlarda müzakirə edilmişdir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

23 Aprel, 2011  16:06 Baxılıb: 1128

Bu bölmədə