Simsar.az | bizi özünüzə Simsar bilin
Suriyada nümayişçilərə atəş açıldı

Nümayişlərdə on minlərlə adam iştirak edib

Suriyanın təhlkəsizlik qüvvələri ölkənin bir neçə şəhərində eyni vaxtda keçirilən etiraz nümayişlərinin iştirakçılarına qarşı odlu silah və gözyaşardıcı qazdan istifadə edib. Simsar.az  RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, bunu “Assicoated Press” agentlyinə şahidlər deyiblər. Nümayişlərdə on minlərlə adam iştirak edib.

Paytaxt Dəməşqdə keçirilən aksiyanın iştirakçıları hakim rejimin devrilməsinə çağırışlar ediblər. Aksiyanın keçirildiyi yerin yaxınlığında olan şahidlər atəş səsləri eşidiblər. “Reuters” agentliyinin məlumatına görə, üç nəfər yaralanıb. “France Press” agentliyi isə beş nəfərin yaralandığı barədə məlumat yayıb.

22 Aprel, 2011  23:21 Baxılıb: 1165

Bu bölmədə