Simsar.az | bizi özünüzə Simsar bilin
"Erməni soyqırımı" deputatların diqqət mərkəzində

Azərbaycan Parlamentindən Türkiyəyə dəstək

Milli Məclisin bu günkü iclasında millət vəkilləri hər il 24 aprel ərəfəsində ermənilərin dünyada "erməni soyqırımı" ilə bağlı apardıqlara kapmaniyaya münasibət bildiriblər.

SalamNews xəbər verir ki, Yeni Azərbaycan Partiyasının icra katibi, millət vəkili Əli Əhmədov deyib: “Ermənistanın 1915-ci ildə Osmanlı Türkiyəsində baş vermiş hadisələri dünyaya “erməni soyqırımı” kimi sırımaq cəhdləri beynəlxalq münasibətlərə zərbə vurur".

Əli Əhmədovun sözlərinə görə, ermənilərin soyqırıma məruz qalması barədə yalanları yalnız Türkiyə və Azərbaycanın əleyhinə yönəlməyib, bu, bütün dünyada mövcud olan dövlətlərarası münasibətlərə zərər yetirir.

Hakim partiya təmsilçisinin sözlərinə görə, erməni yalanı lap əvvəldən tarixin saxtalaşdırılması üzərində qurulub: “Qeyd etmək lazımdır ki, Türkiyənin rolunun güclənməsi “erməni soyqırımı” barədə yalanların yayılması yolunda əsas maneəyə çevriilib”.

Öz sözlərinə sübut olaraq Fransa Konstitusiya Məhkəməsinin yaxın vaxtlarda “soyqırım”la bağlı cəza tətbiqindən imtinasını xatırladan YAP icra katibi deyib: “Bu qərar onu göstərir ki, dünyada erməni tərəfinin yalanını dərk etməyə başlayıblar”.

Öz növbəsində millət vəkili Sabir Rüstəmxanlı da qeyd edib ki, ermənilər öz istəklərinə nail ola bilmirlər, Qarabağın işğalı faktına məhəl qoymayaraq başqa yolara əl atırlar: “Onlar bu yalan ilə Türkiyəni diz üstə çökdürməyə çalışırlar”.

Millət vəkili Fazil Mustada isə deyib: “ABŞ prezidenti tərəfindən 1915-ci hadisələri ilə bağlı “soyqırım” ifadəsinin işlənməsi ehtimalı da mənasını itirib. Əvvəllər Türkiyə və Azərbaycanda ABŞ prezidentlərinin belə bəyanatlarını narahatlıqla gözləyirdilər. Lakin indi bizim ölkələrin güclənməsi ilə bu məsələ öz əhəmiyyətini itirib”.

22 Aprel, 2011  22:07 Baxılıb: 1166

Bu bölmədə