Simsar.az | bizi özünüzə Simsar bilin
Hüsnü Mübarəkin həbs müddəti 15 gün uzadılıb

O, aprelin 12-də ürəyindəki problemlə əlaqədar bu xəstəxanaya aparılıb

Misir baş prokuroru Abdel Macid Mahmud sabiq prezident Hüsnü Mübarəkin həbs müddətini daha 15 gün uzadıb. Simsar.az -ın Misirin MENA agentliyinə istinadən verdiyi məlumata görə, hazırda Mübarək Şarm-Əş-Şeyx şəhərindəki xəstəxanada ciddi mühafizə altındadır. O, aprelin 12-də ürəyindəki problemlə əlaqədar bu xəstəxanaya aparılıb. Ertəsi gün Baş Prokurorluq H. Mübarəkin və 2 oğlunun 15 sutka müddətinə həbsi barədə qərar qəbul edib. Onlar korrupsiya, qanunsuz varlanma, xidməti vəziyyətindən sui-istifadə və insanları nümayişçilərə qarşı aqressiv hərəkətlərə təhrik etməkdə ittiham olunur.

22 Aprel, 2011  21:44 Baxılıb: 1111

Bu bölmədə