Simsar.az | bizi özünüzə Simsar bilin
İslahat Rəsədxanayada gəlib çatdı

Transformatorlar yeni və daha güclüləri ilə əvəzlənəcək

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının fəaliyyətinin yaxşılaşdırılması ilə üçün 110/35/10 kV-lik “Şamaxı” yarımstansiyasının genişləndirilməsi, eyni zamanda 35/10 kV-lik “Pirqulu” yarımstansiyasının yenidən qurulması və uzunluğu 21 km olan ikidövrəli “Şamaxı yarımstansiyasının - Pirqulu yarımstansiyasının” yeni hava xəttinin tikintisi layihəsi üzrə də zəruri tədbirlərin görülməsinə start verilib. Lent.az-ın “Azərenerji” ASC-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, artıq layihə-smeta sənədləri hazırlanıb və hava xəttinin keçəcəyi yol müvafiq orqanlarla razılaşdırılıb. 

Layihə üzrə tikinti-quraşdırma işlərinin bu ilin sonuna kimi başa çatdırılması planlaşdırılır. Bu sadalanan tədbirlərlə yanaşı, yaxın perspektivdə 14 yarımstansiyada ifrat yüklənən transformatorların yeni və daha güclü transformatorlarla əvəz edilməsi də nəzərdə tutulub. Tədbirin həyata keçirilməsi nəticəsində təxminən 550 MVA gücündə artım əldə edilməsi gözlənilir.

Bütün bunlarla yanaşı, yaxın gələcəkdə respublikanın bütün bölgələrini əhatə edəcək 110 kV-lik yarımstansiyalarda köhnə yağ açarlarının müasir eleqaz açarları ilə əvəz edilməsi və digər avadanlıqların dəyişdirilməsi ilə geniş yenidənqurma işlərinin aparılması planlaşdırılır.

22 Aprel, 2011  19:40 Baxılıb: 1373

Bu bölmədə