Simsar.az | bizi özünüzə Simsar bilin
Ombudsman 17 aprel aksiyasındakı hadisəyə qiymət verdi

"Ehtiyatlı olmaq lazımdır”

“Azyaşlı uşaqların mitinqə gətirilməsi valideynlər tərəfindən yanlış addımdır”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Ombudsman Elmira Süleymanova bildirib.

Ombudsman deyib ki, aksiyalarda böyük kütlə olarsa, uşağın ayaqlar altında qalması ehtimalı da var: “Buna görə ehtiyatlı olmaq lazımdır”.
E. Süleymanova bildirib ki, beynəlxalq hüquq və uşaq hüquqları konvensiyasına əsasən hər bir şəxs uşaqların hüququnu müdafiə etməlidir: “Azərbaycanda əvvəllər valideynlər buna cavabdeh idi. Referendumla Konstitusiyaya edilmiş dəyişikliyə əsasən hazırda dövlət bu vəzifəni öz öhdəsinə götürüb”.

22 Aprel, 2011  18:36 Baxılıb: 1120

Bu bölmədə