Simsar.az | bizi özünüzə Simsar bilin
Vitse-spiker AMİP-i müdafiə etdi

"AMİP İctimai Palataya daxil olanda həmin qüvvələr bunun hakimiyyətin təhriki ilə bağlı olduğunu deməmişdilər"

“AMİP-in İctimai Palatadan hakimiyyətin təhriki ilə çıxması barədə deyilənlər cəfəngiyyatdan başqa bir şey deyil”. 

APA-nın xəbərinə görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib. B. Muradova bildirib ki, oyuncaq qurum iflasa uğradığını ört-basdır örtmək üçün ortaya belə iddialar atıb: “Onda nəyə görə AMİP İctimai Palataya daxil olanda həmin qüvvələr bunun hakimiyyətin təhriki ilə bağlı olduğunu deməmişdilər? Yalnız AMİP oradan çıxanda belə fikirlər işlədildi”.

B. Muradova hazırda ölkədə baş verən prosesləri normal qiymətləndirdiyini də söyləyib: “O ki qaldı iqtidar və müxalifətin bir-biri haqqında fikirlərinə, bu, yeni deyil. Neçə illərdir, Azərbaycanda müxalifət düşünür ki, iqtidar legitim deyil, iqtidar isə haqlı olaraq öz işi ilə məşğuldur, üzərinə düşən məsuliyyəti yerinə yetirərək həm dövlət, həm də millətin maraqları istiqamətində fəaliyyətini qurur, nəticələr də müsbətdir”.

22 Aprel, 2011  18:34 Baxılıb: 1134

Bu bölmədə