Simsar.az | bizi özünüzə Simsar bilin
Eldar Sabiroğlu: "Siyasi rəng verməyin"

"Qısa zamanda hər şey öz yoluna qoyulacaq"

“Biz bu məsələ ilə bağlı öz mövqeyimizi açıqlamışıq. Qaranlıq heç nə yoxdur. Yəqin ki, çox qısa zamanda hər şey öz yoluna qoyulacaq. Bundan problem yaradıb vəziyyətə siyasi rəng verməyə lüzum görmürük. Təəssüflər olsun ki, belə cəhdlərə rast gəlirik”.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu ABŞ-Azərbaycan birgə hərbi təliminin təxirə salınmasının siyasi səbəblərlə bağlanması ilə bağlı APA-nın sualına cavab olaraq deyib.

E. Sabiroğlu Müdafiə Nazirliyinin siyasətlə məşğul olmadığını, qurumun təlimin müvəqqəti dayandırılmasına da konkret münasibətini bəyan etdiyini vurğulayıb: “Biz ikitərəfli hərbi əməkdaşlıq sazişinə uyğun olaraq, digər istiqamətlər üzrə indi də əlaqələrimizi davam etdiririk”.

Qeyd edək ki, 15-25 may tarixlərində “Regional cavab-2011” adı altında ABŞ - Azərbaycan birgə hərbi təlimləri keçirilməli idi. Təlimlər naməlum səbəblərdən qeyri-müəyyən vaxta təxirə salınıb. Müdafiə Nazirliyi yaxın zamanlarda təlimlərin keçiriləcəyi vaxt dəqiqləşəndən sonra bu barədə məlumat veriləcəyini açıqlayıb.

22 Aprel, 2011  18:32 Baxılıb: 1216

Bu bölmədə