Simsar.az | bizi özünüzə Simsar bilin
Sovetlər dövründə “Lenin” günü, indi “Yer kürəsi” Günüdür

Bayram beynəlxalq miqyas alıb

Bu bayramın keçirilmə tarixi XX əsrin 70-ci illərinə təsadüf edir. ABŞ-ın Nebraska ştatının sakini Corc Sterlinq Mortona ştatın yaşıllaşdırılmasına başlamaq üçün əhaliyə müraciət edib. Onun özü və ailəsi ilk olaraq ağac əkməyə başlayıb.
İlk “Ağac Günün”də ştatın əhalisi təqribən bir milyon ağac əkib.
1882-ci ildə Nebraska ştatında Mortonanın şərəfinə onun doğulduğu 22 aprel günü rəsmi olaraq ştatın bayramı elan olunub.
1970-ci ildə “Ağac Günü”nün adı dəyişdirilərək “Yer Kürəsi Günü” adlandırılıb. Yer Kürəsi Günü ilk dəfə məhz elə 1970-ci il aprelin 22-də qeyd olunub.
Senator Heylord Nelsanın təşəbbüsü ilə keçirilən bu bayramda məqsəd insanların diqqətini ətraf mühitin çirkləndirilməsi və canlı aləmin qorunub saxlanması problemlərinə cəlb etmək idi.
1990-cı ildən başlayaraq Yer Kürəsi Günündə milli parkların salınması, ətraf mühitin əvvəlki vəziyyətinə qaytarılması mövzusu gündəmə gətirilib. Həmin vaxtdan bu bayram beynəlxalq miqyas alıb.
Aprelin 22-si sovetlər dönəmində tamam fərqli bayram kimi qeyd olunurdu. Sovet insanları sosialist lideri Vladimir İliç Leninin doğum gününü bayram edirdi. Sovet dövründə Lenin günü indi yer kürəsi günüdür.

Aynurə

22 Aprel, 2011  18:14 Baxılıb: 1544

Bu bölmədə