Simsar.az | bizi özünüzə Simsar bilin
Nokiya və Microsoft birləşdi

Münasibətlər rəsmləşdi

Finlandiyanın Nokia və ABŞ-ın Microsoft şirkətləri smartfon bazarında strateji tərəfdaşlıq haqqında rəsmi saziş imzalayıblar. 

Simsar.az-ın Rusiya mətbuatına istinadən xəbər verir ki, sazişin şərtlərinə görə, fin smartfon istehsalçısının qurğuları üçün əsas platforma kimi Windows Phone 7 (WP7) mobil əməliyyat sistemindən istifadə ediləcək.

Şirkətlərin rəhbərləri Stiven Elop və Stiv Balmer bildiriblər ki, sıx əməkdaşlığın nəinki Nokia və Microsoft, həmçinin tərtibatçılar və istifadəçilər üçün faydalı olacaq.

Sözügedən rəsmi saziş Nokia və Microsoft arasında 2011-ci ilin fevral ayında elan olunmuş şifahi razılaşmanın davamı olub. Həmin razılaşmaya əsasən ABŞ və Finlandiya şirkətləri birgə mobil sistem üzərində işləyəcək.


WP7 bazasında ilk Nokia smartfonlarının gələn il buraxılması nəzərdə tutulub.

Günel

22 Aprel, 2011  17:13 Baxılıb: 1385

Bu bölmədə