Simsar.az | bizi özünüzə Simsar bilin
Vüqar Səfərli: “Sərəncam verilməyib”

Jurnalistlər onlara veriləcək evlərin layihəsi ilə tanış ola biləcək 

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli jurnalistlər üçün xoş olan xəbər verib. 

“Yeni Müsavat” qəzetinə danışan icraçı direktor Bakıda jurnalistlər üçün tikiləcək yaşayış binasının smeta sənədləri yekunlaşmaq üzrə olduğunu deyib. Onun sözlərinə görə, binanın layihəsi də tezliklə fondun saytında yerləşdiriləcək.

V.Səfərli bildirib ki, binanın layihəsinə sərəncam verilməsi üçün yanvarın ortalarında layihə Bakı Şəhər İcra Hakimiyyətinə göndərilsə də, hələlik sərəncam verilməyib: “Bibiheybət məscidinin yaxınlığında Dövlət Neft Şirkəti öz işçilərinə şəhərçik salacaq: “Həmin şəhərçiyin bir binası jurnalistlər üçün nəzərdə tutulacaq. Binanın neçə mərtəbəli, neçə mənzilli olacağı ilə maraqlananlar bunu saytda yerləşdiriləcək layihədən biləcəklər”.

V. Səfərli onu da qeyd edib mənzillərin jurnalistlərə hansı meyarlarla verilməsi binanın tikintisinin başa çatmasına az qalmış müəyyənləşəcək: “Mənzilin hazır olmasına bir-iki ay qalmış meyarları elan edəcəyik ki, onların əsasında jurnalistlər öz sənədlərini fonda təqdim eləsinlər”.

Anar


22 Aprel, 2011  16:14 Baxılıb: 1142

Bu bölmədə