Simsar.az | bizi özünüzə Simsar bilin
Üç nazir bu gün görüşür

Dövlət başçılarının üçtərəfli görüşünə hazırlıq məsələləri müzakirə olunacaq

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin bu gün keçiriləcək görüşündə iştirak etmək üçün Moskvaya gedib. Bu barədə APA XİN mətbuat xidmətinin rəhbəri Elxan Poluxova istinadən məlumat yayıb. 

Xarici işlər nazirlərinin görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini, həmçinin Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin gözlənilən görüşünə hazırlıq məsələlərinin müzakirə edəcəklər.

Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov dövlət başçılarının Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair üçtərəfli görüşünün yayda keçiriləcəyini bildirib.

22 Aprel, 2011  16:14 Baxılıb: 1096

Bu bölmədə