Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycan və Avstriya universitetləri arasında yeni saziş imzalandı

4 il üçün əməkdaşlıq sazişinin imzalanma mərasimi keçirilib

Bu gün Filarmoniyada Azərbaycan Turizm Universiteti (ATU) ilə Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti arasında növbəti 4 il üçün əməkdaşlıq sazişinin imzalanma mərasimi keçirilib. 

Simsar.az-ın məlumatına görə, sazişə Azərbaycan tərəfdən universitetin rektoru Cəfər Cəfərov, Avstriya tərəfindən isə universitetin prezidenti Hans Boyer imza atıb. 

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, ATU ilə Avstriyanın adıçəkilən universiteti arasında əvvəlki saziş 4 il öncə imzalanıb. Sazişə əsasən, universitetin 17 məzunu olub. Yeni anlaşma isə ATU-nun daha 25 tələbə hazırlamasını nəzərdə tutur. Növbəti illərdə bu tələbələrin sayının 30-a çatdırılması planlaşdırılıb. Məzunlara həm ATU, həm də Krems Tətbiqi Elmlər Universitetinin diplomları veriləcək.

Rektor Cəfər Cəfərov ATU-nun doktorantura mərhələsi məzunlarının Vyana universiteti tərəfindən hazırlanması üçün danışıqlara başlandığını açıqlayıb. Hans Boyer isə Azərbaycanla əməkdaşlıqdan məmnun olduğunu vurğulayıb.

22 Aprel, 2011  01:08 Baxılıb: 1204

Bu bölmədə