Simsar.az | bizi özünüzə Simsar bilin
Balakən, Şamaxı və Sabirabad rayonlarının İcra hakimiyyətlərinin başçıları dəyişib

Azərbaycan Respublikası prezidenti İlham Əliyev Balakən, Şamaxı və Sabirabad rayonlarının İcra hakimiyyətləri başçılarını dəyişib

Simsar.az-ın “AzərTAc” agentliyinə istinadən verdiyi məlumata görə, Azərbaycan prezidentinin fərmanı ilə Nazim İsmayılov Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Digər bir fərmanla o, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Dövlət başçısı Asif Məmmədovun Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında da sərəncam imzalayıb. A. Məmmədov Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezidentin digər sərəncamı ilə Almas Abbasov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

22 Aprel, 2011  00:45 Baxılıb: 1312

Bu bölmədə